Bakıda "Mersedes" avtomobili yanıb

Bakıda "Mersedes" avtomobili yanıb

Dünən Bakıda avtomobildə yanğın baş verib. Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus "Mersedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə