Dünən Tovuzda yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Elşad Çəfərov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1996-cı il təvəllüdlü Elgün Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB