İraq ordusu Mosulu İŞİD-dən geri almağı bacararsa, yaxın zamanda terrorçular bütün regiona yayılacaq. Xüsusilə də Səudiyyə Ərəbistanının terrorçuların hədəfinə çevrilməsi ehtimalı yüksəkdir. Axar.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq Ömər Bədrəddin "Sputnik"ə açıqlamasında deyib. "Çox güman ki, İŞİD-çilərə Səudiyyədə intensiv fəaliyyətə keçməklə bağlı əmr verilib. Yaxında Həcc və Ümrə ziyarətlərinə görə ölkəyə minlərlə zəvvar gələcək. Səudiyyənin təhlükəsizlik qüvvələri terrorçular haqqında yetərli məlumata sahib deyil. Zəvvarların arasına qarışan terrorçuları müəyyən etmək çox çətin olacaq", - Bədrəddin vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ər-Riyadda silsilə terror aktları planlaşdıran 2 terrorçu məhv edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB