Mikroavtobus yandı

Vətəndaşa məxsus mikroavtobusda yanğın olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış, vətəndaşa məxsus "MERCEDES" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə