23 yaşlı gənc və 50 yaşlı qadın evdə dəm qazından boğulub

23 yaşlı gənc və 50 yaşlı qadın evdə dəm qazından boğulub

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. SİA-nın məlumatına görə, Nizami rayon Polis İdarəsindən bildirilib ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayan - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə