6 ton ot bağlaması yanıb

Bərdə rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

Yanğın saat 12.37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə