Binəqədidə "BMW" markalı avtomobil yanıb

Binəqədidə "BMW" markalı avtomobil yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonu vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə