Yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu Sabirabad rayon sakini, əvvəllər də məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, R.Cəfərov hadisə yerində ölüb.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB