2012-ci il iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmamayıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Lənkəran ŞRPŞ-nə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB