Şabranda "Prado" markalı avtomobil yanıb

Şabranda "Prado" markalı avtomobil yanıb

Dünən Bakı-Quba yolunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən məlumatda deyilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində "Prado" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:13-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə