4 nəfər dəm qazından boğuldu

Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Leyla Çopurova, Səbail rayonu ərazisində yaşayan Cahangir Mustafayev və həyat yoldaşı Sevinc, Sumqayıt şəhərində yaşayan Zeynəb İsmayılova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən verilən məlumtda bildirilib.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə