Qaz xəttindəki yanğın söndürülüb - Yenilənib

Qaz xəttindəki yanğın söndürülüb - Yenilənib

Bakıda qaz xəttində baş verən yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb. Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə