Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb. Dünən səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb. Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərininAPA-ya verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB