11 yol qəzasında 4 nəfər ölüb

11 yol qəzasında 4 nəfər ölüb

Dekabrın 31-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. 2016-cı ilin son günündə ölkə yollarında 11 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 4 nəfərdən başqa daha 11 nəfər də xəsarət alıb. Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Nizami rayonunda, digərləri isə Binəqədi və Göyçayda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə