Bakıda ev yanıb

Bakıda yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə