Ağcabədidə yol qəzası baş verdi, 3 nəfər xəsarət aldı

Ağcabədidə yol qəzası baş verdi, 3 nəfər xəsarət aldı

Ağcabədidə 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Hindarx qəsəbəsində VAZ 2106 və VAZ 21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxs Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, yaralıların vəziyyəti orta- ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə