Saatlıda 4 otaqlı evdə yanğın olub

Saatlıda 4 otaqlı evdə yanğın olub

Saatlı rayonunda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Qara Nuru kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə