2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və, geri qayıtmayıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, aparılan araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində Cavadov tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.
R.Cavadovun tutulması üçün tədbirlər görülür.
Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB