Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Əfqanıstan parlamentinin üzvü Faruk Behiştinin avtomobilinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində deputat yaralanıb. Onun mühafizəçisi isə həlak olub.
Qeyd edək ki, son aylar ölkədə vəziyyət pisləşib. Belə ki, "Taliban" radikal hərəkatı və İŞİD terror qruplaşması Əfqanıstanın mərkəzi şəhərlərində terror aktları həyata keçirməkə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB