Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Dünən Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, Tovuz şəhərində hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, Tovuz rayon sakini 1991-ci il təvəllüdlü Seymur İsmayılov müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə