Samuxda yanğın hadisəsi qeydə alınıb

Samuxda yanğın hadisəsi qeydə alınıb

Dünən Samuxda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərdə deyilir ki, Samux rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan evin 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın dünən saat 18:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə