Zərdabda məktəb yandı

Zərdabda yanğın olub. FHN-nin saytının verdiyi xəbərə görə, yanğın rayonun Təzəkənd kəndində ümumi sahəsi 410 m2 olan birmərtəbəli orta məktəbdə baş verib. Nəticədə məktəbin sinif otağı və çardağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə