Gədəbəydə yanğın hadisəsi baş verib

Gədəbəydə yanğın hadisəsi baş verib

Dünən Gədəbəydə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda "Roc" markalı traktorda baş verib. Nəticədə traktorun kabinəsi və mühərriki yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə