Dünən Qax rayon Heydər Əliyev prospektində yol qəzası qeydə alınıb. Axar.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib. Qax şəhər sakini Qudayev Xəyal Qəhrəman oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qadağan olunmuş hissədə ötmə əməliyyatını yerinə yetirib. Nəticədə idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış Qax şəhər sakini Bəşirov Nadir Musa oğluna məxsus VAZ-21011 markalı avtomobilə, sonra isə eyni istiqamətdə hərəkətdə olan Qaxbaş kənd sakini Hacıyev Cahid Hicran oğluna məxsus VAZ-2107 markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə xeyli ziyan dəyib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB