Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb

Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb

Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə