Lənkəranda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının rayonun Parakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini Baba Aslanovun idarə etdiyi "Suzuki" markalı avtomobil, Parakənd sakini 47 yaşlı Şaiq Bəşirovu yolu keçmək istəyərkən vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəza piyada sərxoş vəziyyətdə yola çıxdığı üçün qeydə alınıb.
Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB