1 nəfəri qətlə yetirən Lənkəran rayon sakini könüllü olaraq təslim olub

1 nəfəri qətlə yetirən Lənkəran rayon sakini könüllü olaraq təslim olub

Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib. ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Faktla əlaqədar cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə