Suriyada türk əsgərləri öldürülüb

Suriyada türk əsgərləri öldürülüb

Suriyanın Əl-Bab şəhəri ətrafında İŞİD terrorçularının hücumu nəticəsində 3 türk əsgəri həlak olub. SİA-nın "haberler.com"a istinadən məlumatına görə, hadisə zamanı 11 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda döyüşlər davam edir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı" adlı hərbi əməliyyat keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə