Nizami rayonunda qəza baş verib

Dekabrın 20-də saat 07 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Seyran Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində təmizlik işləri aparan Yardımlı rayon sakini Minarə Abıyevanı vurub. Nəticədə M.Abıyeva hadisə yerində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Nizami RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə