Xaçmazda mağaza yanıb

Xaçmazda mağaza yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən xəbərə görə, yanğın rayonun Sabiroba kəndində vətəndaşa məxsus ümumi sahəsi 44 m2 olan iki otaqdan ibarət mağazada baş verib. Nəticədə mağazanın dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə və bir otağın içərisində 1 ədəd televizor, 1 ədəd kondisioner və 1 ədəd yataq dəsti yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə