76 cinayət faktından 14-nün üstü açılıb DİN

76 cinayət faktından 14-nün üstü açılıb DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 76 cinayət faktından 14-nün üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə