FHN-in şəxsi heyəti də axtarışlara cəlb edilib RƏSMİ

FHN-in şəxsi heyəti də axtarışlara cəlb edilib RƏSMİ

2016-cı il dekabrın 15-də Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun aviasiya dəstəsinin üç helikopteri, "Vixr-5", "Vixr-8" və "Svetlomor-2" gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə