"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsininin dənizə uçması nəticəsində itkin düşən neftçilərin axtarışları davam edir. Bu barədə SİA-ya hadisə ilə bağlı yaradılan qərargahdan məlumat verilib.
Məlumata görə, itkin düşən 9 neftçinin axtarışlarına 11 gəmi və 3 helikopter cəlb edilib. Hələlik axtarışlarla bağlı nəticə əldə olunmayıb.
Qeyd edək ki, ötən gün bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB