Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, yanğın dünən Bakının Binəqədi rayonunda ümumi sahəsi 730 m² olan birmərtəbəli bir dam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB