"Hadisə baş verən anda o insanlar işlə məşğul olmurdular" AÇIQLAMA

"Hadisə baş verən anda o insanlar işlə məşğul olmurdular" AÇIQLAMA

"Hadisə baş verən estakada 1978-ci ildə tikilib. Orada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparılıb". SİA-nın xəbərinə görə bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər bir idarənin texniki baxış qrafiki olur həmin qrafikə uyğun olaraq idarələr texniki baxışdan keçirilir: "Hər estakadanın təmiri üçün xeyli müddət, eləcə də böyük vəsait tələb olunur". Baş mühəndis qeyd edib ki, havanın kəskin dəyişməsi ilə bağlı ayın 12-dən xəbərdarlıq edilib: "O insanlar ki, belə ifrat küləkdə işləyə bilmirlər onlar əvvəlcədən təxliyə olunublar. Biz qoyulan vəzifəni yerinə yetirmək üçün minimal işçi qüvvəsi saxlamışıq".

B. Rəhimov bildirib ki, baş vermiş faciə ilə hüquq-mühafizə orqanları məşğul olacaq, verilən rəyə uyğun olaraq qərar qəbul ediləcək: "Hadisə baş verən anda o insanlar işlə məşğul olmurdular. Orada iş sistemi 24 saatlıqdır. İtkin düşənlərin sayı 10-dur, artma ehtimalı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə