İtkin düşən neftçilərdən birinin meyiti tapılıb

İtkin düşən neftçilərdən birinin meyiti tapılıb

"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb. SİA-nın xəbərinə görə, bu barədə "Azneft" İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, Ələt qəsəbə sakini 1958-ci il təvəllüdlü Qafarov İlhamın meyiti gəmi göyərtəsinə çıxarılıb. Baş mühəndis bildirib ki, axtarışlar davam edir və prosesə 10 gəmi cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə