İtkin düşənlərin axtarışına helikopter cəlb olunub

İtkin düşənlərin axtarışına helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.

Axtarış işlərinə FHN-in "Vixr-5" və "Vixr-8" gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2" gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə