Astarada güclü yanğın: 85 yaşlı qadının yanmış meyiti tapıldı

Astarada güclü yanğın: 85 yaşlı qadının yanmış meyiti tapıldı

Astara rayonunun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb. Bu barədə FHN-in saytında məlumat yerləşdirilib. Məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil vermişlər. Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə