Sumqayıtda sex yanıb

Dünən axşam Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 350 m2 olan sexin divarına quraşdırılmış elektrik şiti və 10 p.m elektrik xətti yanmışdır. Sex yanğından mühafizə olunub. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə