Qax şəhərində 57 yaşlı kişidən narkotik vasitə götürülüb. Hüquq-mühafizə orqanlarındanAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Qax şəhəri sakini, 1959-cu il təvəllüdlü Şahin Yusif oğlu Şabanov şəhərin avtovağzal ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Ş. Şabanovdan 62 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Ş. Şabanov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB