Gəncədə qətlin üstü açıldı

Gəncədə qətlin üstü açıldı

Gəncə şəhərində 1989-cu il təvəllüdlü Səadət Verdiyevanı qətlə yetirən şəxs saxlanılıb. Gəncə Şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, dekabrın 7-də qadını mənzilində öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Famil Məmmədov tutulub.

Qeyd edək ki, adı çəkilən şəxs qadının tanışı olub. Səadət Verdiyevanın mənzilində görüş zamanı aralarında mübahisə qətlə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə