Avtomobillər toqquşdu - 2 nəfər öldü, 2 nəfər xəsarət aldı

Avtomobillər toqquşdu - 2 nəfər öldü, 2 nəfər xəsarət aldı

Xaçmazda ağır yol qəzası baş verib. Hadisədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Bakıda isə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Şirvanda da bədbəxt hadisə baş verib. 18 yaşlı gənc avtomobillə divar arasında qalaraq can verib. Avtomobillər toqquşdu, 2 nəfər öldü, 2 nəfər xəsarət aldı.

Hadisə Xaçmazda baş verib. Qəndob-Yalama yolunun 29-cu km-də baş verən hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 52 yaşlı Cəfər Məmmədov və Ağdam rayon sakini, 45 yaşlı Allahverən Yarəliyev dünyasını dəyişib. Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri Cavid Cəfərov və onun qardaşı Samir Cəfərov xəsarət alıblar.

Bakıda isə piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası olub. Babək prospektində yolu keçmək istəyən piyadanı yüksək sürətlə hərəkət edən minik maşını vurub. Piyada ağır sınıq xəsarətləri alıb. 43 yaşlı kişiyə ilkin tibbi yardımı hadisə şahidləri ediblər. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Şirvanda isə əsgər getməyə hazırlaşan 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb. Şirvan sakini Fuad Kazımov avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq xəsarət alıb. Ağır vəziyyətdə şirvan şəhər xəstəxanasında əməliyyat olunan gənc səhər saatlarında aldığı xəsarətlərdən reanimasiya şöbəsində ölüb. Meyit müayinə olunmaq üçün şirvan məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə aparılıb. (Xezeerxeber.az)

Bütün xəbərlər Facebook səhifəmizdə