Şəmkir sakini sirkə turşusu içərək zəhərlənib

Şəmkir sakini sirkə turşusu içərək zəhərlənib

Şəmkir rayon sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər Çırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Yaşar Nuriyev sirkə turşusu içərək zəhərlənib. O dərhal Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Y. Nuriyevin intihar məqsədi ilə sirkə turşusu içdiyi bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə