Mosulda partlayış, 24 nəfər həlak oldu

Mosulda partlayış, 24 nəfər həlak oldu

İraqın Mosul şəhərində baş verən partlayış nəticəsində ən azı 24 nəfər ölüb, onlarla insan yaralanıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bomba yüklənmiş nəqliyyat vasitəsi şəhərin şərqindəki Əl-Qədisiyə məhəlləsində partlayıb.

Qeyd edək ki, Mosulun terrorçulardan azad edilməsi əməliyyatına oktyabrın 17-də başlanılıb və şəhərin şərq rayonlarını terrorçulardan azad etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə