Samuxda 4 otaqlı ev yanıb

Samux rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, hadisə rayonun Sərkar kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar yanğından mühafizə olunub, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə