Ağcabədidə yol qəzası baş verdi, iki nəfər xəsarət aldı

Ağcabədidə yol qəzası baş verdi, iki nəfər xəsarət aldı

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanlarAğdam Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseynov Vasif Zahid oğlunun vəziyyəti ağırdır. Həkimlər onu ağız və burun nahiyəsində baş vermiş əzilmədən sonra başlayan qanaxmanı dayandırmaq üçün əməliyyata götürüb. 1982-ci il təvəllüdlü Cəfərov Anar Məzahir oğlu isə keçirdiyi qəzadan şoka düşüb.

V. Hüseynov və A. Cəfərovu xəstəxanaya çatdıran şəxslər onların avtomobil qəzası nəticəsində xəsarət aldıqlarını bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə