Tovuzda yol nəqliyyat hadisəsi baş verib

Tovuzda yol nəqliyyat hadisəsi baş verib

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2107-nin sürücüsü, Şamlıq kənd sakini, 1997-ci il təvəllüdlü Mətləb Zeynalov müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə