Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində yaşlı qadın yanaraq ölüb. Hadisə zamanı iki nəfər də müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Sumqayıtda isə binanın zirzəmisində bir nəfər qaladığı ocağın tüstüsündən boğularaq ölüb. Bərdənin Nüşabə küçəsində Elbrus Şadlinskiyə məxsus evdə yanğın zamanı 76 yaşlı qadın dünyasını dəyişib.
Yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobasının səbəb olduğu deyilir. Gecə saat 4 radələrində birinci mərtəbədə başlayan alov 8 otaqlı evi bürüyüb. Ev sakinləri yatmış olduğundan yanğından gec xəbər tutublar.
Əraziyə yanınsöndürənlər cəlb edilib. Alov söndürülsə də, yanğının baş verdiyi otaqda olan 76 yaşlı Sülhiyyə Şadlinskayanın həyatını xilas etmək mümkün olmayıb. Ev sahibi Elbrus Şadlinski və Aygün Şadliniskaya isə xəsarət alıblar. Ümumi sahəsi 240 kv.metr olan evin 192 kv.metr əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı yardımçı bina və həyətyanı sahədəki avtomobil yanğından mühafizə olunub. (Xezerxeber.com)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB