Qusar sakini soyuqdan donaraq ölüb

Qusar sakini soyuqdan donaraq ölüb

Qusar rayon sakininin meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyiti tapılan şəxs Qusar rayonunun Cibir kənd sakini, 1971-ci il təvəllüdlü Şeydayev Mehdi Məhəmməd oğludur. İlkin ehtimala görə, onun soyuqdan donaraq öldüyü bildirilir. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə