Ağır yol-nəqliyyat hadisəsi baş verib

Ağır yol-nəqliyyat hadisəsi baş verib

Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində "Opel" markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan "Shacman" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:43-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə